“AzInTelecom” MMC “İnfinitech” MMC və “Farah İnnovations” MMC ilə 5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, “İnfinitech” MMC ilə bağlanmış müqavilədə AzIntelecom” MMC-nin təlabatına əsasən “Hökümət buludu layihəsi çərçivəsində yaradılmış infrastruktur üçün yaddaş tipli Vsan, Backup serverlərin və şəbəkə avadanlıqlarının satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 3 657 722 manatdır.
“Farah İnnovations” MMC ilə bağlanmış müqavilədə isə “AzIntelecom” MMC-nin təlabatına əsasən “Hökümət buludu layihəsi çərçivəsində Müəssisə tipli yaddaş avadanlıqlarının satın alınması” nəzərdə tutulur. Müqavilənin dəyəri isə 1495091 manatdır.