AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

®AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib.

Dövlət və özəl sektor nümayəndələri, ekspertlər və texnologiya şirkətləri təmsilçilərini bir araya gətirən forum çərçivəsində ölkənin kibertəhlükəsizlik ekosistemi, kritik informasiya təhlükəsizliyi mövzularında müzakirələr aparılıb.

“AzInTelecom” tədbirdə stendlə çıxış edib. Stenddə iştirakçılara şirkətin təqdim etdiyi rəqəmsal həllər və xidmətlər barədə ətraflı məlumat verilib.

Panel sessiyaları çərçivəsində şirkətin Kibertəhlükəsizlik şöbəsinin müdiri Elşən İsmayılov “Rəqəmsal transformasiyada kiberçağırışlar” mövzusunda təqdimatla çıxış edərək süni intellekt texnologiyalarının sürətli inkişafının kibertəhlükəsizlik mühitinə göstərdiyi birbaşa təsirlərdən danışıb. O, eyni zamanda “AzInTelecom” tərəfindən yaradılmış supekompüter infrastrukturu, həmçinin şirkətin 24/7 rejimdə fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyəti haqqında iştirakçılara məlumat verib.

“AzInTelecom”un tədbirdə iştirakının əsas məqsədi şirkətin rəqəmsal transformasiya və kibertəhlükəsizlik üzrə fəaliyyət istiqamətlərini təqdim etmək və potensial əməkdaşlıq istiqamətlərini müzakirə etmək olub.

“AzInTelecom” haqqında

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC bulud həlləri, rəqəmsal identifikasiya və kiberbəhlükəsizlik sahəsində ixtisaslaşmış texnologiya şirkətidir. 2015-ci ildən fəaliyyət göstərən şirkət “Hökumət buludu” və SİMA rəqəmsal imza kimi ölkəmiqyaslı layihələrin provayderidir.

9c2d2ae5 344b 4869 861b 4747c11bd1fc 5feada68 c1c7 40e8 846b a948c533a1c3 1ad9d24c d156 4ae7 afb9 af4dfe9faca0 ca5abed8 234a 4b40 9de5 c4edc9c7545d ad4094c7 a839 423a 9236 661c4f61fc40

9 7

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər