15 C
Baku
Bazar, Oktyabr 24, 2021

“AzInTelecom” kapitalı 4 manat olan şirkətdən məsləhət xidməti alacaq

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti “Q.V.” MMC ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Xidmətlərin İdarə edilməsi, İnformasiya Təhlükəsizliyi, Biznesin davamlılığı sistemlərinin tərtibi və tətbiqi üzrə məsləhət xidmətlərinin” satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 75 min 225 manatdır.

Bildirək ki, “Q.V.” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı cəmi 4 manatdır və qanuni təmsilçisi Şahin İmanovdur.

Xatırladaq ki, “AzInTelecom” MMC-nin nizamnamə kapitalı 8 146 manatdır və qanuni təmsilçisi Leyla Məmmədovadır. “AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə yaradılıb. Onun fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış data mərkəzi nəzdində “AZCLOUD” bulud xidmətlərdən ibarətdir.

Onu da qeyd edək ki, “AzInTelecom” MMC-nin 2 milyon 51 min 487 manat vergi borcu var.

Son xəbərlər
Oxşar xəbərlər