19 C
Baku
Saturday, October 1, 2022

“Azİntelecom” şəbəkə infrastrukturu ilə bağlı xidmət alır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azİntelecom” MMC açıq tender elan edir.

Banker.az saytı məlumat verir ki,  tender 1 lot üzrə “AzİnTelecom” MMC-nin mövcud şəbəkə  infrastrukturunun dayanıqlığının təmin edilməsi məqsədilə şəbəkə yüklənməsinin tənzimlənməsi sisteminin texniki xidmətlərinin 1 illik yenilənməsinin satınalınması məqsədilə keçirilir.

İddiaçılar tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 11 mart 2019-cu il saat 17.00-a kimi Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli ünvana (əlaqələndirici şəxslər – Kamil Bektaşidən və Vüqar Yəhyazadədən) telefon- 012 200 00 74/72) təqdim etməlidirlər. İddiaçıların təklifləri 12 mart 2019- cu il saat 15.00-da Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi 74, “Azİntelecom” MMC-nin inzibati binasında açılacaq.

Tenderdə iştirak haqqı 1000 manatdır.

Son xəbərlər
Oxşar xəbərlər