Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti “İnfinitech” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “AzInTelecom” MMC-nin mövcud şəbəkə infrastrukturunun dayanıqlığının təmin edilməsi məqsədilə şəbəkə yüklənməsinin tənzimlənməsi sistemi üçün texniki xidmətlərinin yenilənməsinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 811 623 manatdır.