11 C
Baku
Friday, October 25, 2024

AzInTelecom yüksək gəlir əldə edib

“Azerbaijan İnternational Telecom” (“AzInTelecom”) MMC (“AzIntelekom”) 2016-cı ildə 32 milyon 528,6 min manat həcmində xalis mənfəət qazanıb. Buna baxmayaraq, şirkət dividendləri ödəməyən dövlət kommersiya təşkilatlarından biridir.

Bu günlərdə açıqlanan maliyyə hesabatına https://goo.gl/guXJSR əsasən, 2016-cı ildə şirkətin ümumi mənfəəti gəlirlərin 25,5% azalması ilə bağlı 35 mln-dan (2015-ci il) 24,3 mln manata düşüb. İl ərzində inzibati və başqa əməliyyat xərcləri 5 milyon manat azaldılıb. Bu və digər faktorları nəzərə almaqla “AzIntelekom” 23,9 milyon manat məbləğində balans mənfəəti əldə edib. Əvvəllər dövlət büdcəsinə vergi ödəməsi səbəbindən şirkətin ümumi gəlirləri 32,5 milyon manata çatıb. 2015-ci ildə əsasən 28 milyon manatdan çox qiymətləndirilmiş “Catel” telekommunikasiya şirkətinin alınması ilə bağlı 12,7 milyon manat ziyana düşüb.

MənbəTuran İA
Son xəbərlər
Digər xəbərlər