15 C
Baku
Saturday, October 19, 2024

“AzInTelecom”da təyinat

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azerbaijan International Telecom (AzInTelecom)” MMC-nin İdarə Heyəti sədrinə daha bir müşavir təyin edilib.

Banker.az-ın məlumatına görə, bu vəzifəyə Fərid İsmayılzadə təyin edilib.

O, 2022-ci ilin yanvarından bu günə qədər “AzInTelecom”un Etimad xidmətləri şöbəsinin müdiri idi.

Fərid İsmayılzadə Azərbaycan Dövlət İqtisad Universitetində İnformatika işlənməsi və idarəetmənin avtomatlaşdırılması sistemləri üzrə təhsil alıb. İnformasiya texnologiyaları sahəsində bir sıra yerli və xarici şirkətlərdə aparıcı vəzifələrdə çalışıb.

2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində elektron imzalar və kriptoqrafiya üzrə sektor müdiri vəzifəsində işə başlayıb.

Kriptoqrafiya, elektron imzanın inkişafı və təkmilləşdirilməsi üzrə böyük təcrübəyə malik olan F.İsmayılzadə bu sahədə bir sıra layihələrə rəhbərlik edib.

 

Son xəbərlər
Digər xəbərlər