“AzInTelecom”da yeni təyinat olub

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Təchizat Zəncirinin İdarəolunması departamentinə yeni direktor təyin edilib.

Banker.az-ın məlumatına görə, Pərvin Vəzirova “AzInTelecom” MMC-nin Təchizat Zəncirinin İdarəolunması departamentinə direktor təyin edilib.

Pərvin Vəzirova bu təyinata kimi həmin departamentdə şöbə müdiri kimi çalışırdı.

O, 2025-ci ilin yanvar ayından etibarən Massaçusets Texnologiya İnstitutunda (MITx) Logistika, Materiallar və Təchizat Zəncirinin İdarə Edilməsi üzrə “MicroMasters” dərəcəsi üzrə təhsil alır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər