11 C
Baku
Tuesday, November 19, 2024

“Azinvestkredit” BOKT audit hesabatını açıqladı

Bank olmayan kredit təşkilatı “Azinvestkredit” MMC-nin 2021-ci il üzrə audit hesabatı açıqlanıb.

Banker.az xəbər verir ki, BOKT 2021-ci ildə 440 min manatlıq aktivlərə sahib olmuş, bunun 376 min manatı kredit portfeli, 43 min manatı əmlakı, 20 min manatı pul vəsaitləri olub. Təşkilatın kredit portfelinin 84 min manatı real sektora, 45 min manatı qısa müddət üçün fiziki şəxslərə və 83 min manatı isə uzun müddət üçün verilmiş kreditlər olub.

Ötən il BOKT-un aktivləri 500 min manat təşkil edirdi.

“Azinvestkredit” BOKT -un öhdəliklərinin həcmi 2 min manatdan çox olub.

BOKT ötən il müştərilərə verdiyi kreditlərdən 80 min faiz gəliri əldə etmiş, 28 min manat isə buradan müştərilərə verilən kreditlər üzrə ehtimal olunan zərər üçün ehtiyata ayırmışdır. Yeri gəlmişkən, BOKT-un ehtiyata ayırması bu il nisbətən azalıb. Bu öncəki ildə 73 min manat idi.

Bu ayırmadan sonra onun xalis faiz gəliri 53 min manat təşkil etmişdir. “Azinvestkredit” gəlirlərini nəzərə alaraq inzibati xərclərini də bir qədər də optimallaşdırmış – 133 min manatdan 118 min manata endirmişdir. Bununla da BOKT ötən il ərzində 61 min manat zərər edib.

Xatırladaq ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. BOKT-un təsisçiləri hər biri 50% payla Əkbər İsmayılov və Tamara İsmayılovadır.

3242349824234 1231213131212312312312

Son xəbərlər
Digər xəbərlər