17 C
Baku
Tuesday, October 15, 2024

“Azinvestkredit BOKT” geri çəkilmiş kapitalının bir hissəsini bərpa edib

“Azinvestkredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin keçən ilin martında geri çəkilmiş nizamnamə kapitalının bir hissəsi bərpa edilib.

Banker.az xəbər verir ki, BOKT-nin səhmdarlarının qərarına əsasən nizamnamə kapitalının həcmi 507 min manat təşkil edib. Bu da 200 min və ya 65 faizlik artım deməkdir. Lakin, hələ də BOKT-nin keçən ilin martına qədər olan nizamnamə kapitalından azdır. Keçən ilin martından nizamnamə kapitalı 552 min manatdan 307 min manata endirilmişdi.

“Azinvestkredit BOKT” keçən ilin sonuna 303 min manatlıq cəmi aktivləri olub. BOKT-nin hesabat dövrünün sonuna  301 min manat xalis aktivləri olub. Kredit təşkilatı 2022-ci ili (181 min manat) və 2023-cü ili (7 min manat) zərərlə bitirib.

Xatırladaq ki, “Azinvestkredit BOKT” MMC 2013-cü ilin martında təsis edilib və həmin ilin avqustunda tənzimləyicidən lisenziya (BKT-13) alıb. BOKT-nin təsisçiləri hazırki dövrdə İsmayılova Tamara Pavlovna (50%) və İsmayılov Əkbər Novruz oğludur (50%).

Nizamnamə kapitalı BOKT-nin sahib olduğu minimal əmlak sayılır.

Son xəbərlər
Digər xəbərlər