“Azinvestkredit Bank Olmayan Kredit Təşkilati” MMC-nin direktoru (təkbaşına rəhbəri) vəzifəsindən müvəqqəti olara dəyişib.
Banker.az bu barədə əldə etdiyi məlumata görə, yeddi yaşlı “Azinvestkredit” bu günə qədər rəhbərlik edən Vəliyeva Səbinə Novruz qızı vəzifəsindən ayrılıb. Vəliyeva S. hamiləlik və doğuşa görə məzuniyyətə çıxdığı üçün vəzifə səlahiyyətləri müvəqqəti olaraq Kərimli Nurlan İlqar oğlu əvəzləyib.
“Azinvestkredit” 2013-cü ildə yaradılıb, 500 min nizamnamə kapitalı var. Kapitalının əlli-əlliyə Tamara İsmayılova və Əkbər İsmayılov adlı rezident fiziki şəxslərə məxsudur. BOKT, biznes, istehlak və ipoteka kreditləri təqdim edir.