7 C
Baku
Thursday, December 12, 2024

”Azkredit” BOKT bir investordan 500 min manat borc cəlb etdi

26 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında ”Azkredit” BOKT ASC-nin tədavül müddəti 1 təqvim ili, nominal dəyəri 1,000 manat olan AZ2002023367 dövlət qeydiyyat nömrəli, 500,000 (beş yüz min) manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən 1,000 manat qiymətindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 8%, faiz ödəniş dövrü isə 90 gün təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 26.01.2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ investisiya şirkəti” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər