7 C
Baku
Thursday, December 12, 2024

“Azkredit” BOKT ötən il kiçilib, mənfəəti azalıb

“Azkredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 1 milyon 320 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə BOKT-un mənfəəti 1 milyon 331 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 0.8% azalması deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azkredit”in faiz gəlirləri 109 061 manat, əməkhaqqı və işçilərlə bağlı digər xərclər 968 706 manat, inzibati və əməliyyat xərcləri 407 110 manat,haqqq və komissiya xərcləri 15 027 manat, mənfəət vergisi ödəmələri isə 330 111 manat təşkil edib.

31 dekabr 2022-ci il tarixinə “Azkredit”in aktivləri 1 milyon 880 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 5% azdır. Bunun da 971 676 manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, BOKT-un kredit portfeli 7.5 dəfə böyüyüb.

az1 az2

 

Son xəbərlər
Digər xəbərlər