Bank Olmayan Kredit Təşkilatı “Azkredit” ASC barəsində cərimə protokolu tərtib edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, “Azkredit” BOKT barəsində Dövlət Statistika Komitəsi İnzibati Xətalar Məcəlləsinin 389-cü maddəsi – statistik məlumatların verilməsi qaydalarının pozulması üzrə protokol tərtib edilib.
İş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib və işə baxan hakim Nəriman Mehdiyevdir.
İXM-in 389-cü maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.