Azkvadratlı mənzillərə tələbat artıb

Mənzillərin bahalaşması fonunda alıcıların diqqəti daha çox azkvadratlı evlərə yönəlib.

Əmlak məsələləri üzrə ekspertlərin sözlərinə görə, bu tip mənzillər xüsusilə investisiya məqsədilə alınır. Yəni, belə evləri alıb öz istifadəsi üçün edənlər çox azdır.

Ekspert bildirir ki, azkvadratlı mənzillərə tələbatın artmasının səbəblərindən biri də istismar müddətini başa vuran binaların sürətlə sökülməsidir. Yəni bəzi sakinlər mərkəzi ərazilərdən uzaqlaşmaq istəmirlər.

Mütəxəssis onu da əlavə etdi ki, qiymət artımı davam edərsə, yaxın dövrdə kiçik sahəli mənzillərə maraq daha da yüksələcək.

Son xəbərlər
Digər xəbərlər