“Azlahiyə İnşaat” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Azlahiyə İnşaat” MMC-nin vergi borcu 6 142 328.21 manatdır. Bu vergi borcu 28.04.2025-ci il tarixinə olan məlumatdır.
Xatırladaq ki, “Azlahiyə İnşaat” MMC 2012-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 manatdır.