5 C
Baku
Saturday, December 14, 2024

“AzMeCo” SOCAR-a birbaşa satılacaq

Ödəniş qismində “Azərenerji”nin SOCAR-a olan borclarından istifadə olunacaq

“Azerbaijan Metanol Company” MMC (“AzMeCo”) hələ də SOCAR-ın balansına keçməyib. APA xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

“Prosesin yubanmasına səbəb odur ki, cari ilin yanvarın ayının 6-da Nazirlər Kabineti “Aqrarkredit” QSC-yə hərrac keçirmədən birbaşa olaraq şirkətin SOCAR-a satılması ilə səlahiyyət verməli idi. Bildiyiniz kimi, bundan öncə Nazirlər Kabinetinin şirkətin alqı-satqısının həyata keçirilməsi ilə bağlı sərəncama imzalamışdı. Bundan sonra yay aylarında şirkətin qiymətləndirilməsi başa çatdı. Ardınca “Aqrarkredit” məhkəmənin müvafiq qərarı ilə şirkəti aldı. Qanunvericiliyin tələbənə əsasən, “Aqrarkredit” şirkəti hərrac yolu ilə, ya da yeni veriləcək səlahiyyətlə birbaşa olaraq SOCAR-a satmalı idi. Sənəd bu yaxınlarda imzalandığına görə, ümumi prosedurlar həyata keçirilir. Bizim əməkdaşlarımız “Aqrarkredit”in nümayəndələri ilə görüşlər keçirir”, – deyə o bildirib.

S. Qasımov qeyd edib ki, “AzMeCo”nun SOCAR-ın balansına keçirilməsi üçün birbaşa ödəniş olmayacaq: “SOCAR “Azərenerji” ASC-dən keçmiş borclar üzrə yığılmış 416 mln. manatı alıb. Alqı-satqı əməliyyatı həyata keçirilən kimi, bu məbləğ ilkin ödəniş qismində istifadə olunacaq. Növbəti ödənişlər zamanı da əsasən “Azərenerji”nin borclarından istifadə edəcəyik”.

Vitse-prezidentin sözlərinə görə, SOCAR “AzMeCo”ya ümumilikdə 520 mln. dollar ödəyəcək: “Məhkəmənin qərarına əsasən, “Aqrarkredit” ödənişi manat ifadəsində alacaq. Söhbət təxminən 800 mln. manatdan gedir. Aktivlər işləkdir. Bilirsiniz ki, aktivləri SOCAR idarə edir”.

Son xəbərlər
Digər xəbərlər