13 C
Baku
Wednesday, April 30, 2025

“Azmetko” şirkətinin Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

09 iyun 2025-ci il tarixində 15:00-da “Azmetko Kompleks Sazlama və Avtomatlaşdırma” ASC səhmdarlarının yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, “Azmetko Kompleks Sazlama və Avtomatlaşdırma” ASC-nin yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Azmetko KSA” ASC-nin 2024-cü il üzrə fəaliyyətinə dair illik hesabatın təsdiq edilməsi

2. “Azmetko KSA” ASC-nin 2024-cü il üzrə fəaliyyətinə dair illik mühasibat balansının təsdiq edilməsi

3. 2024-cü ilin yekunlarına görə mənfəətin bölüşdürülməsi, o cümlədən onların məbləği, ödənilmə qaydası, forması və müddətinin müəyyənləşdirilməsi

4. İstismarda olan köhnə nəqliyyat vasitələrinin, avadanlıqların satılması, yenilərinin alınması üçün lazım olduqda çatışmayan vəsaitin kredit vasitəsi ilə əldə edilməsi

5. “Azmetko KSA” ASC-nin Direktorlar (Müşahidə) Şurasının tərkibində dəyişikliklərin edilməsi.

Yığıncaq Bakı şəhəri, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 63 ünvanında keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər