23 C
Baku
Thursday, May 22, 2025

“Azmikroinvest” BOKT 2024-cü ildə zərərdən mənfəətə keçib

“Azmikroinvest” MMC 2024-cü ildə 220.2 min manat xalis mənfəət əldə edib. Halbuki, 2023-cü ildə 31.7 min manat xalis zərər qeydə alınmışdı.

Banker.az bu barədə BOKT-nin illik audit hesabatına istinadən xəbər verir.

2024-cü ildə faiz gəlirləri 365.2 min manat təşkil edib ki, bu da ötən ilin 123.3 min manat göstəricisindən çox böyük artım deməkdir. Faiz xərcləri isə 12.3 min manat olub, bu göstərici 2023-cü ildə 18 manat idi.

“Azmikroinvest”in haqq və komissiya gəlirləri də ciddi şəkildə artaraq 97.1 min manat olub. 2023-cü ildə bu göstərici qeydə alınmayıb. Eyni zamanda inzibati və digər əməliyyat xərcləri 175.6 min manat səviyyəsinə yüksəlib. 2023-cü ildə 164 min manat idi.

“Azmikroinvest”in cəmi aktivləri 2023-cü ildə 1 milyon 269.7 min manat olduğu halda, 2024-cü ilin sonunda 2 milyon 196.5 min manata yüksəlib. Bu artım əsasən müştərilərə verilmiş kreditlər və avansların 1 milyon 134.2 min manatdan 2 milyon 66.2 min manata manata yüksəlməsi ilə bağlıdır.

“Azmikroinvest”in nizamnamə kapitalı 1 milyon 638.6 min manat, bölüşdürülməmiş mənfəəti isə 220.2 min manat təşkil edib. Beləliklə, cəmi kapital 1 milyon 858.8 min manat olub. 2023-cü ildə bu rəqəm 1 milyon 206.9 min manat idi.

Cari vergi öhdəlikləri və bank kreditləri hesabına ümumi öhdəliklər də artaraq 337.7 min manat olub. Bu göstərici 2023-cü ildə 62.8 min manat idi.

456456546546

Son xəbərlər
Digər xəbərlər