9 C
Baku
Sunday, November 17, 2024

“Azmikroinvest” BOKT-un mənfəəti azalıb, kredit portfeli kiçilib

“Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 100 809 manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə BOKT-un mənfəəti 152 571 manat olub ki, bu da illik müqayisədə mənfəətin 34% azalması deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azmikroinvest”in faiz gəlirləri 297 343 manat (əvvəlki ilə nisbətən 7% az),   vergiyəqədərki mənfəəti 126 145 min manat (əvvəlki ilə nisbətən 35% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azmikroinvest”in aktivləri 1 milyon 734 min manat olub ki, bu da illik müqayisədə 7.2% çoxdur. Bunun 1 milyon 194 min manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 19.3% kiçilib.

Hesabat dövründə “Azmikroinvest”in öhdəlikləri 3 dəfə azalaraq 33 445 manata düşüb, kapitalı isə 12.4% artaraq 1 milyon 701 min manata çatıb.

Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1.5 milyon manatdır. BOKT-un təsisçisi 100% İlqar Əhmədzadədir.

Son xəbərlər
Digər xəbərlər