“Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı MMC-nin aktivlərinin həcmi yola saldığımız ildə 0.12 faiz kiçilib.
Banker.az bu barədə BOKT-un 2020-ci il üzrə maliyyə hesabatına istinadla xəbər verir.
“Azmikroinvest” BOKT-un aktivlərinin həcmi 1 milyon 617 min manata qədər geriləyib.
Aktivlərində əsas fəaliyyət istiqamətinin göstəricisi – kredit portfelinin həcmi 1 milyon 277 min manatdan 1 milyon 480 min manata yüksəlib. Bir növ kassadakı vəsaitləri müştərilərinə kredit kimi yönəldib. Nəticədə nağd pul vəsaitlərinin həcmi 212 min manatdan 85 min manata qədər azalıb.
Pul vəsaitlərinin yalnız 75 manatı kassada olub, qalan 83 min manatı banklardadır.
Aktivlərində digər ciddi dəyişiklər əsas vəsaitlərin həcminin 83 min manatdan 13 min manata qədər geriləməsidir.
BOKT-un maliyyə təşkilatlarından cəlb etdiyi kreditlərin həcmi 37 faiz kiçilməklə cəmi 89 min manat təşkil edir. Bunun 53 min manatı Kənd Təsərrüfatı Nazirliyinə 36 manatı isə Mərkəzi Bankına olan faizli borclardır.
Beləliklə BOKT-un cəmi öhdəlikləri 103 min manat olmuşdur.
“Təşkilatın 31 dekabr 2020-ci il tarixində bitən il üçün 35 442 manat məbləğində əməliyyat fəaliyyətindən mənfi pul axını mövcuddur. Təşkilat fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi məsələsində gəlirli əməliyyatlar və ya əlavə maliyyələşmə mənbələrinin əldə edilməsindən asılıdır. Həm də fəaliyyətinin fasiləsizliyinə COVID-2019 əhəmiyyətli təsir göstərmişdir” – deyə auditin rəyində qeyd edilir.
GƏLİRLƏR ARTIB, İŞ MƏNNFƏƏTLƏ DAVAM EDİR
“Azmikroinvest” 2020-ci il ərzində 318 min manatlıq faiz gəlirləri əldə edib ki, bu da öncəki ili 6.7 faiz üstələməsi deməkdir. Faiz gəlirlərinin həcmi cəmi 2 min manata çatmayıb, bu öncəki ildə 8.7 min manat idi. Bundan əlavə BOKT haqq və komissiya xərcləri 255 min, inzibati xərclərinin həcmi 166 min manat (94 min manatı işçilərin maaşı) olub. Təşkilatın mənfəəti ötən il ərzində 193 min manat təşkil edib ki, budadan da 40 min manat mənfəət vergisi ayırmasından sonra, xalis mənfəətini 151 min manatla bitməsi ilə nəticələnib. Bildirək ki, BOKT ötən il 56 min manata yaxın xalis mənfəət əldə etmişdi.
Bu mənfəətdən sonra “Azmikroinvest”in balansında olan yığılmış 39 min manat zərər 13 min manat mənfəətlə əvəzlənib. Kapitalın həcmi 1 milyon 513 min manat olub.
“Azmikroinvest” BOKT 2014-cü ildə yaradılıb, hazırda 1 milyon 500 min manat nizamnamə kapitalı var. Bu kapitalın 100%-i İlqar Əhmədzadə adlı fiziki şəxsə məxsusdur.