10 C
Baku
Thursday, December 12, 2024

“Azmikroinvest” BOKT xalis mənfəətlə bağlı geriləyir

“Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 45 min manat xalis mənfəətlə başa vurub. 2017-ci ildə isə bu kredit təşkilatın xalis mənfəəti 79 min olub. 

Banker .az  BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2018-ci ildə “Azmikroinvest” BOKT-un xalis mənfəəti 43 % azalıb.

“Azmikroinvest” BOKT-un  cəmi aktivləri 2018-ci ildə 1,730 milyon manat olubsa, 2017-ci ildə isə cəmi aktivləri  1,801 milyon manat təşkil edib. Belə ki, illik müqayisədə ötən il BOKT-un cəmi aktivləri 4 % azalıb.

Hesabat dövründə bu kredit təşkilatının 2018-ci ildə cəmi öhdəlikləri  573 min manat olub.  2017-ci illə müqayisədə BOKT-un cəmi öhdəlikləri ötən il  29,4% azalıb.

Onu da qeyd edək ki, ötən il “Azmikroinvest” BOKT-nun faiz gəlirləri 207 min, qeyri-faiz gəlirləri 40 min manat, xərcləri 190 min manat, o cümlədən faiz xərcləri 13 min manat, qeyri-faiz xərcləri 177 min manat, mənfəət vergisi ödəmələri isə 11 min manat təşkil edib.

Həmçinin, “Azmikroinvest” BOKT-nun balans kapitalı 17% artaraq 1,157 milyon manata çatıb, cəmi nizamnamə kapitalı isə 1 milyon manat olub.

Bildirək ki, “AzMikroİnvest” BOKT 2014-cü ilin aprel ayında təsis edilmiş və həmin ilin iyun ayında Azərbaycan Respublikasının Mərkəzi Bankından məhdud bank lisenziyasını alaraq mikromaliyyə fəaliyyətinə başlamışdır. BOKT-un 50%-i Alıyev Elsəvər Elçin oğluna, 50 %-i isə Əhmədzadə İlqar Müşfiq oğluna məxsusdur.

 

 

 

Son xəbərlər
Digər xəbərlər