“Azmikroinvest BOKT” MMC-nin sahibi dəyişdirilib.
Banker.az-a daxil olan məlumata əsasən, 1 mln. 239 min manat nizamnamə kapitalı olan BOKT-nin səhmləri Aysel Quliyeva Qüdrət qızı tərəfindən satın alınıb və onun bu əməliyyatdan sonra BOKT-dəki payı 100 faiz olub.
Buna qədər 100% pay ilə İlqar Əhmədzadə adlı Azərbaycan vətəndaşına məxsus idi.
Satın alınan BOKT-nin son illərdə maliyyə nəticələri “ürəkaçan” deyil. Məsələn, 2022-ci ildəki gəlir 178 min manatdan 203-cü ildə 123 min manata düşərkən illik zərər 12 min manatdan 32 min manata yüksəlib.
BOKT-nin səhm kapitalı 2022-ci ildə 50 min, 2023-cü ildə isə 411 min manat üzərində azaldılıb.