Əmanətə bağlı kreditlər – demək olar ki, Respublikada fəaliyyət göstərən bütün kommersiya Banklarında təklif edilən bir məhsuldur. Bu məhsulun bütün Banklarda olmasının səbəbi məhsul üzrə risk dərəcəsinin demək olar ki, 0 (sıfır) dərəcəsində olmalıdır. Çünki, müvafiq kreditlərin təminatı qismində müştərinin Bankda depozit olaraq yerləşdirdiyi nağd pul vəsaitləri çıxış edir.
Bank müştərilərinə müvafiq krediti 2 formada – nağd şəkildə və kart vasitəsilə kredit xətti şəklində təklif edir. Kreditin məbləği, müddəti və faiz dərəcəsinin yerləşdirilmiş əmanətin məbləği, müddəti və faiz dərəcəsi ilə birbaşa asılılığı var. Belə ki, kredit məbləği adətən əmanət məbləğinin müəyyən faiz nisbətində (adətən 70% – 90% arası) olur. Faiz dərəcəsi isə yerləşdirilmiş əmanətin cəlbetmə faiz dərəcəsindən bir qədər yuxarı (adətən 3%-5% arası) təyin edilir. Kreditin müddəti isə əmanətin bitmə tarixinə qədər təyin edilir. Kredit üzrə komissiya isə bəzi banklarda minimum səviyyədə (0.5% – 1%) təyin edilsə də , bəzi Banklarda isə ümumiyyətlə komissiya tutulmur. Kredit üzrə heç bir halda zamin tələb edilmir və müştəri sığorta edilmir. Qısacası şərtlər çox sərfəlidir, səbəb isə kreditin təminatının Sizin şəxsi vəsaitinizin olmasıdır.
Bu şərtlər kreditin növü (nağd və ya kart), həmçinin valyutası baxımından daha müxtəlif ola bilir. Banker.az monitorinq qrupu olaraq bu araşdırmamızda müştərilər üçün daha cəlbedici olacağınızı düşündüyümüz AZN valyutasında əmanətə bağlı nağd şəkildə verilən kredit şərtlərini araşdırdıq. Əlaqə saxladığımız Bankların əksəriyyəti bu məhsulu təklif edir. Hansı Bankın daha sərfəli şərtlər təklif etdiyini öyrənmək üçün aşağıdakı cədvəldə olan məlumatlara əsasalana bilərsiniz.
Bank | Kreditin maksimal məbləği | İllik faiz dərəcəsi | Komissiya |
AccessBank | Əmanət məbləğinin 70%-i | Əmanət məbləği: 10 000 AZN-dək olduqda: Əmanətin cəlbetmə faizi + 7% 10 000 AZN-dən çox olduqda: Əmanətin cəlbetmə faizi + 5% |
Əmanət məbləği: 10 000 AZN-dək olduqda: 1% 10 000 AZN-dən çox olduqda: 0.5% |
AFB Bank | Əmanət məbləğinin 80%-i | Əmanətin cəlbetmə faizi + 5% | 1% |
Amrahbank | Əmanət məbləğinin 80%-i | Əmanətin cəlbetmə faizi + 5% | Yoxdur |
Azərbaycan Sənaye Bankı | Əmanət məbləğinin 90%-i | 17% | 1% |
Ata Bank | Əmanət məbləğinin 80%-i | Əmanətin cəlbetmə faizi + 3% | Yoxdur |
Azer-Türk Bank | Əmanət məbləğinin 90%-i (əsas borc, kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu və komissiya xərcləri kredit üzrə təminatın dəyərinə nisbəti əmsalı 90%-i keçməməlidir.) |
Əmanətin cəlbetmə faizi + 3% | Fərdi qaydada təyin olunur |
Bank Avrasiya | Əmanət məbləğinin 90%-i | Əmanətin cəlbetmə faizi + 2% | 0.5% |
Bank BTB | Əmanət məbləğinin 80%-i | Əmanətin cəlbetmə faizi + 3% | 0.5% |
Bank of Baku | Əmanət məbləğinin 70%-i | Əmanətin cəlbetmə faizi + 3% | 1% |
Bank Respublika | Əmanət məbləğinin 90%-i (maksimum 30 000 AZN) |
Əmanətin cəlbetmə faizi + 5% | Yoxdur |
Bank VTB | Əmanət məbləğinin 90%-i | Əmanətin cəlbetmə faizi + 3% | 1% |
Dəmirbank | Əmanət məbləğinin 80%-i | Əmanətin cəlbetmə faizi + 4% | 1% |
Expressbank | Əmanət məbləğinin 90%-i | Əmanətin cəlbetmə faizi + 3% | Yoxdur |
Gunaybank | Əmanət məbləğinin 90%-i | Əmanət məbləği: 50 000 AZN-dək olduqda: Əmanətin cəlbetmə faizi + 3% 50 000 AZN-dən çox olduqda: Əmanətin cəlbetmə faizi + 2% |
0.5% |
Kapitalbank | Əmanət məbləğinin 80%-i | Əmanətin cəlbetmə faizi + 5% | 1% |
Muğanbank | Əmanət məbləğinin 70%-i | 21% | 1% |
NBC Bank | Əmanət məbləğinin 90%-i (əsas borc, kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu və komissiya xərcləri kredit üzrə təminatın dəyərinə nisbəti əmsalı 90%-i keçməməlidir.) |
Əmanətin cəlbetmə faizi + 3% | 1% |
NikoilBank | Əmanət məbləğinin 90%-i (əsas borc, kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu və komissiya xərcləri kredit üzrə təminatın dəyərinə nisbəti əmsalı 90%-i keçməməlidir.) |
Əmanətin müddətindən, faizindən və məbləğindən asılı olaraq xüsusi düstura əsasən təyin edilir | Yoxdur |
Rabitabank | Əmanət məbləğinin 90%-i | Əmanətin cəlbetmə faizi + 4% | Yoxdur |
Turanbank | Əmanət məbləğinin 90%-i | Əmanətin cəlbetmə faizi + 4% | 0.5% |
Unibank | Əmanət məbləğinin 90%-i | Əmanətin cəlbetmə faizi + 3% | 1% |
Xalq Bank | Əmanət məbləğinin 80%-i | Əmanətin cəlbetmə faizi + 2% | 20 AZN |
Yapıkredibank | Əmanət məbləğinin 80%-i | 1 illik 24%, 2 illik 23%, 3 illik 22% | 1.5% |
Ziraatbank | Əmanət məbləğinin 90%-i | Əmanətin cəlbetmə faizi + 4% | 1% |
Naxçıvanbank | Məlumat əldə etmək mümkün olmadı | ||
Paşabank | Məlumat əldə etmək mümkün olmadı | ||
Bank Melli İran | Əmanətə bağlı kredit verilmir | ||
Bank Silk Way | Əmanətin minimal məbləği 500 000 AZN/USD/EUR həcmindədir. Bu səbədən əmanətə bağlı kredit şərtləri üzrə məlumat verilmir. |