12 C
Baku
Saturday, November 23, 2024

“Aznar” alıcıları aldadıb – Suyun mənbəyi artezian quyusu olduğu halda, dağ suyu təəssüratı yaradıb

Azərbaycanda istehsalçı “Aznar” QSC-yə məxsus “Aria” əmtəəli nişanlı suların mikrobioloji göstəricilərində uyğunsuzluq aşkar edilib.

Banker xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi  Agentliyi (AQTA) açıqlama yayıb.

Belə ki, (19.09.2022-ci il istehsal tarixli məhsul partiyası) Suyun mənbəyi İsmayıllı rayonu, “Nar Bulaq” artezian quyusu olduğu halda, üzərində dağ şəkli göstərilərək dağ suyu təəssüratı yaradıb.

Uyğunsuzluq aşkar edilmiş məhsul partiyasının ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Yeni qablaşdırmada dağ şəkli çıxarılıb.

 

Son xəbərlər
Digər xəbərlər