20 nömrəli ünvanda Teymur Əhmədov adına AzNar QSC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, növbəti illik ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin
müzakirəsi daxil edilmişdir:
1. AzNar QSC-nin 2023-cü il üçün illik maliyyə hesabatlarının müzakirəsi.
2. AzNar QSC-nin 2023-cü maliyyə-təsərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi.
3. AzNar QSC-nin restrukturizasiyası və yeni törəmə cəmiyyətlərinin, təsərrüfat subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlərin müzakirəsi.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 gün qalmış gündəliyin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 gün qalmış
gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq hüququna malikdirlər.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiqləyən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidir.