14 C
Baku
Wednesday, November 20, 2024

Azotlu gübrələrin səyyar satış xidməti başlayıb

Fevral ayından etibarən “Aqroservis” ASC tərəfindən azotlu mineral gübrələrin rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd və qəsəblərdə səyyar satış xidmətinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Banker.az-a bildirilib ki, səyyar satış xidmətləri mövsüm bitənədək hər gün, ölkənin bütün istiqamətlərində fərqli məntəqələr üzrə əsasən fermerlərin tələbatına uyğun kənd və qəsəbələrdə təşkil edilir. Respublikamızın bütün regionlarını əhatə edən səyyar satış xidməti zamanı ammonium-nitrat, karbamid, ammonium-sulfat, kalium-sulfat həmçinin tələbat olduğu təqdirdə ammofos, nitroammofoska kimi mineral gübrələrin satışı həyata keçirilir.

Səyyar satış zamanı fermerlər “Fermer kartı” və şəxsiyyət vəsiqəsini təqdim etməklə və ya nəğd ödəniş etməklə mineral gübrə əldə edə bilərlər. İstər “Fermer kartı”, istərsə də nəğd ödəniş edildikdə gübrələrin qiyməti dəyişilməz olaraq qalır. Bu qayda həmçinin, anbardan və ya səyyar satış məntəqəsindən alış zamanı da keçərlidir. Alış üsulu və ünvanından asılı olmayaraq “Aqroservis” ASC tərəfindən satılan mineral gübrələrin qiymətləri dəyişilməz olaraq qalır.

Son xəbərlər
Digər xəbərlər