Rusiya Mariupol şəhərində yerləşən və hazırda mühasirədə olan “Azovstal” zavodu ərazisində humanitar dəhliz açılıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ərazidə sükut rejimi elan edib. Bu müddət ərzində zavoddakı yaralıların çıxarılması barədə razılıq əldə olunub.
“Azovstal”-da yeraltı bunkerlərdə 600-ü yaralı olmaqla, 1000-ə qədər Ukrayna hərbçisi olduğu bildirilir.