28 C
Baku
Saturday, July 27, 2024

“Azparking” statistik məlumatların verilməsi qaydalarını pozduğu üçün cərimələnir

“Azparking” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Azparking” MMC barəsində Dövlət Statistika Komitəsi İnzibati Xətalar Məcəlləsinin 389-cü maddəsi – statistik məlumatların verilməsi qaydalarının pozulması üzrə protokol tərtib edilib.

İş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib və işə baxan hakim Ülviyyə Şükürovadır.

İXM-in 389-cü maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər