6 C
Baku
Monday, December 16, 2024

“Azpetrol”un rəhbəri: “İndiki vəziyyətdə elektrokarlar ekoloji durumu yaxşılaşdırmır”

“Azpetrol” şirkəti Azərbaycanın ekoloji durumuna müsbət təsir edəcək istənilən yeniliklərə, o cümlədən elektrokarların istismarına müsbət yanaşır”.

Bunu “Caspian Energy” jurnalına müsahibəsində şirkətin baş direktoru Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, “Azpetrol” elektrokarlara xidmət edə biləcək məntəqələrin qurulmasını təmin edə bilər: “Biz zamanla ayaqlaşmağa və elektrokarları seçən müştərilərimizin tələbatını ödəməyə hazırıq”.

Bununla yanaşı, şirkət rəhbəri qeyd edib ki, indiki halda elektrokarları seçməklə ölkənin ekoloji durumunu yaxşılaşdırmağa nail olmaq çətindir: “Ekologiyadan danışırıqsa, qeyd edim ki, ölkənin elektrik enerjisinin təminatı 80% istilik elektrik stansiyalarının, 20% isə su elektrik stansiyalarının hesabına aparılır. Başqa sözlə, Azərbaycandakı elektrokarlar tərəfindən istehlak olunacaq enerjinin 80%-i elə həmin yanacağın yandırılmasından əldə olunur. Oxşar vəziyyət əksər ölkələrdədir. Belə olan halda ortaya sual çıxır: yanacağın harada yandırılmasının, dəqiqləşdirsəm, istilik elektrik stansiyasında və ya mühərrikdə yandırılmasının nə önəmi var? Buna görə də hesab edirəm ki, yanacaq əsrinin bitməsini iddia edənlər yanılır”.

Buna baxmayaraq, C. Məmmədov deyir ki, tələbatdan asılı olaraq, şirkət elektrokarların elektrik enerjisi ilə doldurulması üçün müvafiq infrastrukturun yaradılmasını təmin edə bilər: “Biz artıq indidən bəzi yanacaqdoldurma məntəqələrimizi elektrokarların yüklənməsi üçün postlarla təmin etməyi planlaşdırırıq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər