6 C
Baku
Sunday, December 15, 2024

AZPROMO 300 min manata bu şirkətə hansı işləri gördürür?

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu – AZPROMO beynəlxalq tədbirlərdə iştirakın təmin edilməsi məqsədilə təşkilati işlərin görülməsi ilə bağlı xərclərin təmin edilməsi üçün “İdeal Tours” MMC (1502374231) ilə satınlama müqaviləsi bağlayıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, Fond üçün şirkət viza, mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olunmaqla), tərcümə xidmətləri, ikitərəfli görüşlərin və konfransların keçirilməsi üçün görüş yerlərinin və texniki avadanlıqların icarəsi kimi məsələləri icra edəcək.

Bunun üçün şirkətə AZPROMO tərəfindən 300 min manatlıq vəsait köçürüləcək.

Bu həcimdə tenderi udan turizm şirkətinin 10 manat cəmi nizamnamə kapitalı var. Şirkət  12.08.2013-cü il tarixdə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi isə Gültəkin Yusifova Yusif qızıdır.

Şirkətin rəsmi internet səhifəsi və ya sosial şəbəkələrdə aktiv görünmür.

Son xəbərlər
Digər xəbərlər