Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO publik hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığorta xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4.837 manatdır.
Xatırladaq ki, “Azərsığorta” 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 milyon manatdır.