2 C
Baku
Saturday, December 14, 2024

AZPROMO: “İyunda qeyri-neft ixracı 6% artıb”

Bu ilin iyun ayında Azərbaycanın qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5.8% artaraq 269.6 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, II rübdə ölkənin qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrünə nisbətən 10.5% artaraq 730.4 milyon ABŞ dolları, I yarımildə isə ölkənin qeyri-neft ixracının dəyəri 1 il əvvəllə müqayisədə 25.4% artaraq 1 457.6 milyon dollar olub.

Ötən il isə Azərbaycanın qeyri-neft ixracının dəyərində əvvəlki ilə nisbətən 47.2% artım olub və sözügedən göstərici 2 713.4 milyon dollara çatıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər