15 C
Baku
Saturday, April 20, 2024

Azpromo pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib

İxracın şaxələndirilməsi, ixrac potensialının artırılması, satış üçün yeni bazarların araşdırılması istiqamətində dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədilə İqtisadiyyat Nazirliyinin müvafiq qurumları – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində tədbirləri davam etdirirlər.

Azpromo-dan  verilən məlumata görə, kənd təsərrüfatı məhsulları ixracında xüsusi çəkisi olan pomidorun xarici bazarlara çıxarılmasına dəstəyin göstərilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən və ixracda maraqlı olan sahibkarların Azpromo-ya müraciət etməsi tövsiyə olunur.

Son xəbərlər
Digər xəbərlər