23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“AzRe Təkrarsığorta”nın əmlakı və dövlətin istiqrazlarının həcmi azalıb

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda təkrarsığorta bazarının yeganə iştirakçısı olan “AzRe Təkrarsığorta” ASC-nin əmlakları “əriyir”, ümumilikdə isə uzunmüddətli aktivlərində mənfi dinamika ilə irəliləyir.

Banker.az şirkətin 2020-ci il üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Təkrarsığorta şirkətinin torpaq, tikili və avadanlıqlarının həcmi bir il içində 17 faiz azalmaqla 130 min manata, qeyri-maddi aktivləri 25% enişlə 162 min manat təşkil edib.

Şirkətin maliyyə aktivləri ilə bağlı portfeli də böyük fərqlə düşüb. Dövlətə məxsus olan qiymətli kağızlar portfelinin yarısı “əlindən çıxıb”. Son bir il ərzində bu kağızların həcmi 43 milyon 790 min manatdan 22 milyon 164 min manata qədər böyük fərqlə eniş edib.

Qeyri-dövlət qiymətli kağızlarının həcmi isə sabit – 23 milyon 761 min manat olmuşdur.

Cəmi maliyyə aktivlərinin həcmi 2020-ci ilin əvvəli  68 milyon 996 min manat olduğu halda, ilin yekununa 46 milyon 360 min manat olub.

Qeyd edək ki, “AzRe Təkrarsığorta”nın investisiya gəlirlərinin həcmi 2020-ci il üzrə 6 milyon 903 min manat olub.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər