12 C
Baku
Wednesday, March 19, 2025

“Azre Təkrarsığorta” “Qala Həyat”dakı payının bir hissəsini satıb

“Qala Həyat” sığorta şirkətinin səhmdarlarının pay bölgüsü dəyişib.

“Azre Təkrarsığorta” şirkəti həyat şirkətindəki səhmlərinin 40%-ni 6 fiziki şəxsə satıb. Nəticədə, onun “Qala Həyat”dakı payı 90%-dən 50%-ə, səhmlərinin sayı isə 4104-dən 2280-ə enib.

Fiziki şəxslər – Fərəcov İftixar Səftər oğlu, Hətəmov Namiq İmdat oğlu, Mirhadıyev Cavid Sənan oğlu, Tağıyev Əbülfət Məzahir oğlu və Yusifov Mehman Oqtay oğlu hər biri “Qala Həyat”dan 7.193% (328 ədəd səhm) pay əldə edib. Səfərov Vəlihəd Məmmədağa oğlu isə həyat sığorta şirkətindən 4.0351% (184 ədəd səhm ) pay alıb.

Qeyd edək ki, “Qala Həyat” sığorta şirkətinin digər səhmdarı İbrahimov Kamal Mirsahib oğlu əvvəlki qaydada payını (456 ədəd səhm -10% pay) qoruyub.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,04 milyon manatdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər