13 C
Baku
Saturday, November 23, 2024

“AzRe Təkrarsığorta”da dəyişiklik olub – TƏYİNAT

Azərbaycanda təkrar sığorta bazarında birbaşa işləyən yeganə şirkət – “AzRe Təkrarsığorta” ASC-nin daxili audit xidmətinin rəhbəri dəyişib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Daxili audit xidmətinin rəhbəri Əliyev Fərid Çingiz oğlu vəzifəsindən çıxarılıb. Onun yerinə Yusifov Yusif Mübariz oğlu müvəqqəti  vəzifə icraçısı kimi təyin edilib.

Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 90%-lik səhmdarıdır.

Sığortaçının daxili audit xidməti – Daxili audit xidməti İdarə Heyəti ilə birlikdə sığortaçının daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirir. Daxili audit xidməti Təftiş Komissiyasının nəzarəti altında fəaliyyət göstərir.

Bu xidmətə başçılığı Daxili audit xidmətinin rəhbəri həyata keçirir. Xidmət rəhbəri Təftiş Komissiyasının təqdimatı ilə Direktorlar Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.

Sığortaçılarda daxili auditin aparılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

Son xəbərlər
Digər xəbərlər