“AzRe Təkrarsığorta” şirkətinin Direktorlar Şurasının (DŞ) müstəqil üzvü şirkəti tərk edib.
Banker.az xəbər verir ki, Direktorlar Şurasının müstəqil üzvü Anar Mansurov şirkətdən ayrılıb.
Qeyd edək ki, hazırda təkrar sığorta şirkətinin DŞ-nin tərkibi iki nəfərdən – DŞ-nin sədri Tokay Əlizadə və DŞ-nin üzvü Vəlihəd Səfərovdan ibarətdir.
Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır.