20 C
Baku
Wednesday, May 1, 2024

“AzRe Təkrarsığorta”nın maliyyəsinə nəzarət edənlərdən biri vəzifəsindən ayrılıb

“AzRe Təkrarsığorta” şirkətinin Təftiş Komissiyasının üzvü vəzifəsindən ayrılıb.

Banker.az-ın məlumatına görə, vəzifəsindən ayrılan şəxs Mirhadiyev Cavid Sənan oğludur.

Təftiş Komissiyasının sığorta şirkətində səlahiyyəti audit strategiyasını və siyasətini müəyyən edir, daxili audit planlarını təsdiq etmək, müstəqil auditorun təyin edilməsi ilə əlaqədar sığortaçının səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək, Səhmdarların Ümumi Yığıncağına və Direktorlar Şurasına daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək, daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək, səlahiyyətlərinə aid olan məsələlər üzrə Direktorlar Şurasının və İdarə Heyətinin iclaslarının çağırılmasını tələb etmək, daxili audit xidmətinin iclasını çağırmaq, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 90%-lik səhmdarıdır.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər