8 C
Baku
Friday, February 20, 2026

“AzRe Təkrarsığorta”nın sədrinə müavin təyin edilib

“AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyəti sədri və ya baş icraçı direktoruna müavin təyin edilib.

Banker.az xəbər verir ki, bu vəzifəyə Qasımov Tural Nazim oğlu təyin edilib.

O buna qədər İdarə Heyətinin üzvü idi.

Tural əmək fəaliyyətini 2002-ci ildə sığorta sektorunda başlayıb. O 20 ildən artıq olan təcrübəyə malikdir. Fəaliyyətinin yarısı beynəlxalq təkrarsığorta sahəsində keçib.
Bundan əvvəl o, “Marsh” şirkətində Azərbaycan və Gürcüstan üzrə ölkə satış lideri, “Turker”de Regional Direktor (Broker at Lloyd’s) həmçinin Turker Capital Solutions bölməsinin idarə heyətinin üzvü olub.

Qərb Universitetinin “Biznesin idarə edilməsi” proqramı üzrə təhsil alıb, və Dövlət İqtisad Universitetini fərqlənmə ilə Maliyyə üzrə magistr dərəcəsi ilə bitirmişdir.

02 fevral 2023-cü ildən etibarən “AzRe Təkrarsığorta” ASC-də Xarici bazarlarla iş Departamentinin Direktoru, İdarə Heyətinin üzvü vəzifəsində işləyir. Azərbaycan, rus və ingilis dillərini bilir.

Son xəbərlər
Digər xəbərlər