“AzRose” MMC-yə yeni direktor təyin edilib.
Banker.az-ın məlumatına görə, yeni təyin edilən rəhbər Mətin Əmiraslanov Əmiraslanov oğludur.
Ona qədər bu vəzifədə Azərbaycanın vaxtı ilə Monteneqrodakı bankına rəhbərlik edən Kamran Məmmədov idi.
“AzRose” MMC isə 2016-ci ildə yaradılıb və 18.47 milyon manat nizamnamə kapitalı var. Şirkət Qəbələnin Vəndam kəndində fəaliyyət göstərir.