9 C
Baku
Thursday, December 12, 2024

“AzRusTrans”ın sədri dəyişib

“Azərbaycan Dəmir Yolları” QSC və Rusiyanın taxılın dəmir yolu ilə daşınması üzrə operatoru “Rusaqrotrans” QSC-nin birgə müəssisəsi – “AzRusTrans” QSC-nin İdarə Heyətinin sədri Cavid Quliyev vəzifəsindən azad edilib.

Səhmdar cəmiyyətinə rəhbərlik Orxan Heydərova həvalə olunub.

O, bundan əvvəl “AzRusTrans”ın maliyyə direktoru işləyib.

Xatırladaq ki, “AzRusTrans” 2016-cı ildə Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yük dövriyyəsində dəmir yolu daşımalarının payını artırmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 150 min manatdır. Şirkətimiz Azərbaycanda taxıl daşınması üçün özəl vaqon parkına sahibdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər