“Azsığorta” ASC-nin 2023-cü ilin yanvar-noyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.
Şirkət yanvar-noyabr ayında 7.799 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 2.757 mln. manat və ya 26% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 10.556 mln. manat təşkil etmişdir.
Xatırladaq ki, “Azərsığorta” (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) şirkəti bütün sığorta növləri üzrə satışlarını dayandırıb.