13 C
Baku
Friday, November 22, 2024

“Azsığorta” dövlət qurumunu məhkəməyə verib

“Azsığorta” ASC Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyini məhkəməyə verib.

Banker.az xəbər verir ki, “Azsığorta” ASC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır.

“Azsığorta” ilə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sığorta müqaviləsi üzrə mübahisələrdir.

Xatırladaq ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. Birliyin qanuni təmsilçisi Səfərov Elşad Əli oğludur.

“Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 14007000 milyon AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

Son xəbərlər
Digər xəbərlər