13 C
Baku
Friday, November 22, 2024

“Azsığorta” milyonluq mənfəət açıqladı

Azərbaycanda fəaliyyət göstərən “Azsığorta” ASC 2020-ci ili 1 milyon 857 min manat həcmində xalis mənfəətlə tamamlayıb.

Banker.az bu barədə sığorta şirkətinin auditini aparan “Economik Cha”  MMC-nin rəyində qeyd edilir.

Sığorta şirkətinin gəlirlərinin həcmi 21 milyon 980 min manat, xərcləri isə 19 milyon 958 min manat olub. Nəticədə şirkətin maliyyə mənfəəti 2 milyon 322 min manat olub. Buradan da 464 min manatı mənfəət vergisi üzrə ödəyib və nəticədə xalis mənfəəti 1 milyon 857 min manat olmuşdur ki, bu da öncəki ili 2.4 dəfə üstələyir.

“Azsığorta”nın aktivlərinin həcmi 64 milyon 246 min manat, öhdəliklərinin həcmi 31 milyon 86 min manata və kapitalı isə 33 milyon 160 min manata qədər yüksəlib.

Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb, 20.3 milyon manat nizamnamə kapitalına sahibdir. Kapitalının 100%-i Hikmət İsmayılova məxsusdur.3323131231231313 scaled

Son xəbərlər
Digər xəbərlər