“Azsığorta” ASC “Mos-Az-1” Mənzil-Tikinti Kooperativini məhkəməyə verib.
Banker.az xəbər verir ki, “Azsığorta” ASC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.
“Azsığorta” ilə “Mos-Az-1” MTK-nin arasındakı məhkəmə çəkişməsinin səbəbi açıqlanmayıb.
Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 007 000 milyon manatdır və qanuni təmsilçisi Yusif Soltanovdur.