8 C
Baku
Thursday, December 12, 2024

“Azsığorta” nizamnamə kapitalından 6 milyon manat geri çəkdi

“Azsığorta” ASC-nin nizamnamə kapitalı azaldılır.

Banker.az xəbər verir ki, “Azsığorta” ASC-nin Nizamnamə kapitalı 20 300 000 manatdan 14 007 000 manatadək azaldılmışdır. Belə ki, şirkətin nizamnamə kapitalı 6 293 000 manat azaldılıb.

Hər bir səhmin nominal dəyəri 203 000 manat olmaqla cəmi 69 səhm mövcuddur.

Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVİSMS) növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə “Azsığorta” ASC sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 15 sentyabr 2022-ci il tarixindən məhdudlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər