8 C
Baku
Wednesday, October 30, 2024

“Azsığorta” ötən il kiçilib, yığımları azalıb

“Azsığorta” ASC 2023-cü ili 1 milyon 582 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2022-ci ildə 2 milyon 1 min manat zərər etmişdir.

Banker.az bu barədə sığorta şirkətinin illik hesabatına istinadən xəbər verir.

Ötən il “AzSığorta” ASC-nin cəmi gəlirləri 20 milyon 342 min manat, cəmi xərcləri 18 milyon 364 min manat təşkil edib. 2022-ci ildə sığorta şirkətinin cəmi gəlirləri 14 milyon 526 min manat, cəmi xərcləri 17 milyon 54 min manat olmuşdu.

Hesabat dövründə sığorta şirkətinin cəmi aktivləri 13.4% azalaraq 29 milyon 941 manata, cəmi kapitalı 10.2% artaraq 17 milyon 139 min manat olub.

“AzSığorta” ötən il 7 milyon 946 min manat sığorta haqları yığmışdırsa, 2022-ci ildə 10 milyon 591 min manat toplayıb.

Xatırladaq ki, “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.

Son xəbərlər
Digər xəbərlər