“Azsığorta” ASC-nin səhmdarlarının nəzərinə 21 aprel 2025-ci il tarixində saat 15.00-da səhmdarlarının İllik Ümumi Yığıncağının iclası keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ünvan cəmiyyətin Baş Ofisi, Bakı şəhəri, Mikayıl Useynov pr. ev 63 ünvanında olacaq.
Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99.64%-lik, “Bank of Baku” ASC-nin isə 31.11%-lik səhmdarı) məxsusdur.