7 C
Baku
Wednesday, November 30, 2022

“Azsığorta” şirkəti “Yaşıl Kart” sistemindən çıxarılıb

“Azsığorta” şirkətinin Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ ləğv edilib.

Bu barədə İcbari Sığorta Bürosundan bildirib.

Bununla da, Yaşıl Kart Sistemi üzrə fəaliyyət hüququ olan şirkətlərin sayı 14-dən 13-ə enib.

Hazırda Yaşıl Kart Sistemi üzrə fəaliyyət göstərən sığorta şirkətkəri bunlardır: “AtaSığorta”, “Atəşgah”, “Azərbaycan Sənaye Sığorta”, “Azərsığorta”, “A-Qroup Sığorta Şirkəti”, “Bakı Sığorta”, “Günay Sığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta”, “Naxçıvan sığorta”, “Paşa Sığorta”, “Qala Sığorta” və “Xalq Sığorta”.

Xatırladaq ki, bundan əvvəl “Azsığorta” şirkətinin könüllü müraciəti əsasında avtomobillərin icbari sığortası üzrə lisenziyası ləğv edilmişdi.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X